Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

  • 14:26 - 19 Sentyabr

Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.

Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.(report)


Oxunma sayı: 7712

Oxşar yazılar