“İranla bağlı vəziyyət dalana dirənib” – Sergey Lavrov

  • 15:20 - 18 Sentyabr

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı sanksiyalarını perspektivsiz adlandırıb.

Avropa.info xəbər verir ki, Lavrov sanksiyalar haqda haqda “onlar heç vaxt işləmədi, indi də işləməyəcək” deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası son illər İranı regionun və düyü regionlarının problemlərində ittiham etməklə şeytanlaşdırır. 

Lavrovun sözlərinə görə, Vaşinqton Yaxın Şərqin və Şimali Afrikanın bütün problemlərini İranın üzərinə yönəltməyə çalışır:

“Amerikanın indiki siyasətinin məntiqi və bütün səyləri İranın qarşısını almaq, cəzalandırmaqdır. Yalnız rejim dəyişikliyi nəhayət bütün bölgənin sərbəst nəfəs almasına imkan yaradacaq. Bu dalana dirənmiş vəziyyətdir. İranı boğan sanksiyalar heç vaxt işləmədi, indi də işləmir” – Lavrov deyib.


Oxunma sayı: 6612

Oxşar yazılar