Türkiyə ilə Misir arasında Şərqi Aralıq dənizi üçün kəşfiyyat danışıqları : Ankara Qahirəyə nə təklif edir, nə istəyir? - SENSASİON İDDİA

  • 14:53 - 18 Sentyabr

Türkiyənin Aralıq dənizində qərarlı tutumu Yunanıstan və onu dəstəkləyən Avropaya geri addım atmağa məcbur etdi.

Avropa.info xəbər verir ki, bölgədə Fransanın dəstəyi ilə provokasiyalara imza atan Yunanıstan, NATO-nun vasutəçiliyi ilə danışıqlar masasına oturmağa razı oldu. 

Türkiyə ilə Yunanıstan arasında danışıqlar davam edərkən, "Hüriyyət" qəzetinin yazarı Handə Fırat diqqət çəkən bir iddia ortaya atıb. Türkiye ve Yunanistan askeri heyetleri arasında görüşmeler devam ederken Hürriyet gazetesi yazarı Hande Fırat'tan dikkat çeken bir iddia geldi. 

"Misir ilə davam edən danışıqların pərdəarxası" başlıqlı yazısında Handə Fırat Türkiyə ilə Misir arasındakı kəşfiyyat danışıqlarının detallarını açıqlayıb. 

"Ankara, Misir ilə bir müddət öncə başlatdığı arxa qapı diplomatiyasını sürdürür. İki dövlətin kəşfiyyat orqanları ən üst səviyyələrdə görüşürlər. Türkiyə Misirə nə təklif edir?  

Qaynaqlarıç bu təklifi belə xarakterizə etdilər: Türkiyə Şərqi Aralıq dənizində Misirlə anlaşmaq istəyir. Ankara Misirə deyir ki, dəniz sərhədləri məsələsində bizimlə anlaşsan, 3 Kipr adası boyda bir dəniz sahəsini iqtisadiyyatına qata bilərsən. Yəni açıq şəkildə Misirin mənfəəti Türkiyə ilə birgə hərəkət etməkdir mesajı verilib. Birləşmiş Ərəb Əmirlikləri pulu ilə bu danışıq və anlaşmanı əngəlləməyə çalışsa da, danışıqlar davam edir" - Handə Fırat yazısında belə qeyd edir.  

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Misirlə aparılan kəşfiyyat danışıqlarını təsdiqləmişdi. 

"Misirlə danışıqlar aparılır. Kəşfiyyat danışıqları davam edir. Misirlə Liviya ilə imzaladığımız bir müqavilə imzalaya bilərik" - Cavuşoğlu belə deyib.

Avropa.info


Oxunma sayı: 8273

Oxşar yazılar