İmkansız ailələrə ərzaq yardımı göstəriləcək

  • 14:23 - 18 Sentyabr

“Ziyali Ocağı” İctimai Birliyi növbəti layihənin icrasına başlayır.

Avropa.info xəbər verir  ki, iİyul ayının 20-dən start götürən “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili”adlı layihə artıq reallaşma ərəfəsindədir. 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. 

Layihə ilə bağlı məlumat verən layihənin rəhbəri, “Ziyali Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək məqsədi ilə həyata keçiriləcək bu layihə karonavirusla mübarizə istiqamətində bir vətəndaş cəmiyyəti olaraq yardımlaşma və paylaşma məqsədinə xidmət göstərir. 

Layihə rəbəri qeyd edib ki, hərtərəfli araşdırmalardan sonra maddi yardım göstəriləcək imkansız vətəndaşlara yaxın günlərdə zəruri ərzaq və dərman lavazimatlarının paylanması işinə start veriləcək: "Bakı, Abşeron, Sumqayıt, Masallı və Yardımlı rayonlarını əhatə edən layihə üzrə 82 imkansız ailəyə ərzaq və gündəlik təlabat mallarından ibarət yardım paylanacaqdır.  Artıq monitorinq prosesi yekunlaşdığı üçün layihənin icrasına başlanır”. 

İ. Əliyeva onu da qeyd edib ki, layihə çərçivəsinda respublikamızda pandemiya ilə əlaqədar vətəndaşları maarifləndirmə məqsədi ilə əlaqədar bir sıra kütləvi informasiya vasitələrində -sosial media vasitələrində müxtəlif səpgili məqalələr dərc olunacaq.


Oxunma sayı: 4126

Oxşar yazılar