Koronovirusa yoluxanların sayı 30 milyonu keçdi

  • 12:08 - 18 Sentyabr

Bütün dünya üzrə 30 milyondan çox adan koronovirus infeksiyasına yoluxub.

Avropa.info xəbər verir ki, pandemiya başladığı gündən bəri 945 min adam vəfat edib, 20 milyon nəfər sağalıb. Bu barədə yoluxmaların sayını real vaxtda təqib edən Con Hopkins Universitetinin statistikasında deyilir. 

Sadəcə 14 sentyabrda Kovid-19-a yoluxanların sayı bir milyon nəfər artıb. ÜST sentyabr ayında bir neçə dəfə rekord yoluxma qeydə alıb.

Dünya ölkələri arasında yoluxma sayına görə, ABŞ gəlir. Bu ölkədə 6,6 milyon nəfər yoluxub. 197 min nəfər ölüb. ABŞ-dan sonra beş və dörd milyon yoluxma ilə Hindistan və Braziliya gəlir. 


Oxunma sayı: 3422

Oxşar yazılar