Tofiq Yaqublu ev dustaqlığına buraxıldı – Yenilənib

  • 16:23 - 18 Sentyabr

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. 

Avropa.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.  

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.  

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.  

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq. 

***

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.

Avropa.info-nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib.

***

11:59

Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Avropa.info xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

O bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir.


Oxunma sayı: 4797

Oxşar yazılar