Türkiyə PKK-ya qarşı “İldırım-12” əməliyyatına başladı - 71 terrorçu, anbarlar, silah-sursat məhv edildi

  • 11:36 - 18 Sentyabr

Türkiyə Bitlis vilayət Jandarm Komandanlığı ölkəni terrordan təmizləmək üçün regionda gizlənən terrorçulara qarşı “İldırım-12 Beşyanaq” əməliyyatına başlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə DİN-nin yaydığı məlumata görə, əməliyyatda Bitlis vilayəti Jandarma Komandanlığına daxil jandarm komandosu, jandarm xüsusi təyinatlıları, polis xüsusi təyinatlıları və təhlükəsizlik mühafizəçilərindən təşkil olunmuş 747 nəfərlik 44 komanda iştirak edir. 

Qeyd edək ki, 13 iyuldan bəri başladılan “İldırım” seriyası əməliyyatlarda 71 terrorçu zərərsizləşdirilib, terrorçularla əməkdaşlıq edən 38 nəfər yaxalanıb, 141 mağara, anbar məhv edilib, xeyli sayda silah-sursat və ərzaq ələ keçirilib.


Oxunma sayı: 8438

Oxşar yazılar