Bakıda bərbərxana yandı

  • 10:29 - 18 Sentyabr

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Avropa.info bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.


Oxunma sayı: 2674

Oxşar yazılar