Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb

  • 10:14 - 18 Sentyabr

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 8 nəfər ölüb.

Avropa.info-nun "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 8 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb.


Oxunma sayı: 3455

Oxşar yazılar