"Qalatasaray" "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdi

  • 21:59 - 17 Sentyabr

Neftçi” - “Qalatasaray” matçı bitdi. 

Oyun 1:3 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə yekunlaşdı. 

Beləliklə, “Neftçi” bu il Avrokuboklarla vidalaşdı. 

***

“Neftçi” - “Qalatasaray” oyununda qonaqlar üçüncü qola imza atıblar.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi hesab arasındakı fərqi çoxaldıb. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib - 1:3.

***

"Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.

21:05

“Neftçi” - “Qalatasaray” matçının ikinci hissəsinin ilk dəqiqələri iki qolla başladı. 

Əvvəlcə oyunun 46-cı dəqiqəsində “Neftçi” hesabı bərabərləşdirsə də, bu qolun sevinci cəmi bir dəqiqə çəkib. Tezliklə  “Qalatasaray” yenidən hesabda irəli çıxıb: 1:2.

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Qalatasaray” matçında hesab açılıb. 

Oyunun 19-cu dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mbaye Diaqne baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb: 0-1

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasındakı matçın start fiti çalındı. 

19:29

UEFA Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Türkiyənin "Qalatasaray" klublarının start heyətləri açıqlanıb. 

Maraqlıdır ki, qonaqların ulduz oyunçularından Radamel Falkao və Arda Turan ilk 11-likdə yoxdurlar.

"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 10. Saman Nərimancahan, 7. Namik Ələskərov, 24. Yusuf Laval, 13. Prins İbara

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Rener Alves De Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias

Baş məşqçi: Füzuli Məmmədov

"Qalatasaray": 99. Fatih Öztürk, 14. Martin Linnes (k.), 45. Markao, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 4. Taylan Antalyalı, 54. Emre Kılınc, 8. Rayan Babel, 10. Yunes Belhanda, 19. Ömer Bayram, 90. Mbaye Diaqne

Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdullaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli

Baş məşqçi: Fatih Terim


Oxunma sayı: 4236

Oxşar yazılar