Elçin Rzayev pambıq yığımı ilə əlaqədar “MKT İK” MMC-nin İmişli rayon filialında yaradılmış şəraitlə tanış olub - Foto

  • 21:12 - 17 Sentyabr

İmişli rayon İcra Hakimiyyətinin başçısı pambıq yığımı ilə əlaqədar “MKT İK” MMC-nin İmişli rayon filialında yaradılmış şəraitlə tanış olub.

İmişli RİH-dən Avropa.info-ya verilən məlumata görə, son illər ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri də pambıqçılıqdır. Cari ildə İmişlidəki pambıq sahələrində bol məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, rayon ərazisində pambığın yığılmasına başlanılmışdır. 
Pambıq qəbulu ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı “MKT İK” MMC-nin İmişli rayon filialında yaradılmış şəraitə baxış keçirmiş, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və mahlıc emalına hazırlıq prosesləri ilə tanış olmuşdur. “MKT İK” MMC-nin İmişli rayon filialının direktoru Oqtay Gülmalıyev məlumat verərək pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, pambıq məhsulunun tez və itkisiz toplanması üçün kifayət qədər texnikanın olduğunu, eyni zamanda bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirmişdir. 
Qeyd edək ki, 2020-ci ildə pambıq əkini ilə bağlı rayonun emal müəssisələri ilə istehsalçılar arasında bağlanmış müqavilələr əsasında ümumilikdə 7923,8 ha ərazidə pambıq əkini işləri aparılmışdır. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.

 


Oxunma sayı: 2740

Oxşar yazılar