Ərdoğan:“Türkiyənin şantaja, quldurluğa boyun əyməyəcəyini başa düşdülər”

  • 17:35 - 17 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Aralıq dənizin şərqindəki məsələlərlə bağlı danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan “Hədə ritorikasının işə yaramadığını, Türkiyənin şantaja, quldurluğa boyun əyməyəcəyi konflikt tərəfləri tərəfindən başa düşülüb” deyib. 

“Aralıq dənizində ən uzun sahil zolağına malik ölkəmizin sahillərinə həbs edilməsinə icazə verməyəcəyik. Aralıq dənizinin şərqində qarşı tərəfin təxribatlarına, uşaqvarı hərəkətlərinə baxmayaraq, həmişə haqlı olmağın böyük dövlət olmağın  tələbləri ilə hərəkət etdik” – Ərdoğan deyib.


Oxunma sayı: 5457

Oxşar yazılar