Əli Əsədov Artur Rasi-zadənin imzaladığı bu qərarları ləğv etdi

  • 16:24 - 17 Sentyabr

Nazirlər Kabineti "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə" 2007-ci il 25 iyun tarixli 103 nömrəli və "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarlarını ləğv edib.

Avropa.info bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə" və "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" qərarları ləğv edilib.

Qeyd edək ki, ləğv olunan hər iki qərarı sabiq Baş Nazir Artur Rasi-zadə imzalayıb.


Oxunma sayı: 1783

Oxşar yazılar