"Sosial şəbəkələrlə bağlı təklifi mən irəli sürməmişəm" – Deputat Jalə Əliyeva təkzib etdi

  • 15:52 - 17 Sentyabr

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb. 

Bu sözləri Avropa.info-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

"Hörmətli həmkarımın fikirlərini mənim təklifim kimi oxuculata təqdim edən medi qurumlarından açıqlamalarına düzəliş etmələrini xahiş edir, daha məsuliyyətli və diqqətli olmalarını tövsiyə edirəm. Müraciətimizdən sonra bir çox saytlar xəbərə düzəliş ediblər. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm", -deyə deputat bildirib.


Oxunma sayı: 4225

Oxşar yazılar