Almanlar bu əşyada "Noviçok" tapdılar - Navalnının necə zəhərləndiyi ortaya çıxdı (FOTO)

  • 14:58 - 17 Sentyabr

Rusiya Korrupsiya ilə Mübarizə Fondu üzvlərinin müxalifət lideri Aleksey Navalnının qaldığı oteldən götürdüyü su butulkasında hərbi məqsədli “Noviçok” zəhərinin izləri tapılıb.

Avropa.info xəbər verir ki, “Noviçok”un izləri butulkanın Almaniyadakı analizi zamanı aşkarlanıb.

“Bu butulka Navalnının və çəkiliş qrupumuzun Tomskda qaldığı otelin nömrəsindən götürülüb. Butulkanın oteldən götürülməsindən sonra laboratoriya analizləri “Noviçok”un izləri tapılıb” – Navalnının “İnstagram” səhifəsində deyilir.

Navalnının tərəfdarları o, zəhərləndikdən dərhal sonra vəkil çağıraraq, dərhal nömrəyə qalxıblar. Otel nömrəsində tapdıqları əşyaları, o cümlədən su butulkasını paketləyərək qeydə alıblar.

Ölümcül zəhəri hazırlayan sovet alimi Leonid Rink otel nömrəsindən götürülən butulka ilə bağlı şübhələrini səsləndirib. Onun sözlərinə görə, “Noviçok” ilə zəhərlənmiş butulka nəinki Navalnının, ona toxunan hər kəsin ölümünə səbəb ola bilərdi.


Oxunma sayı: 5600

Oxşar yazılar