Şərqi Aralıq dənizində savaş : Ərdoğanın əlində ABŞ və Avropanı susduracaq 3 kozır var...

  • 14:27 - 17 Sentyabr

"Türkiyə Şərqi Aralıq dənizi və Şimali Afrikada təsir gücünü genişlətməkdə qərarlıdır. Bunu etmək üçün Ərdoğanın əlində çoxlu sayda kozır var."

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın "Topcor.ru" saytının "Şərqi Aralıq dənizində savaş: Ərdoğanın əlində çoxlu sayda kozır var" başlıqlı analiz yazısında deyilir. Yazıda, Şərqi Aralıq dənizinin hərbi savaş bölgəsi halına gəldiyi, iqtisadi bölgələrə nəzarət üçün Türkiyə ilə Yunanıstan və onu dəstəkləyən ölkələr arasında anlaşılmamazlıq baş verdiyi bildirilir. 

"ABŞ və NATO mövcud problemləri həll edə bilmir. Vaşinqton prosesləri görməzdən gəlir. Bu ilin noyabrında ABŞ-da prezident seçkiləri olacaq və Şərqi Aralıq dənizi gözdən qaçacaq. Bu durumda Türkiyə bölgədəki güc boşluğunu doldurur.

Ərdoğan bunu etmək üçün üç kozırdan istifadə edə bilər: Ölkəsinin NATO-nun cənubundakı strateji mövqeyi, ABŞ hər bazası və Yaxın Şərqdən Türkiyə üzərindən Avropaya qaçqın keçirə bilmə gücü. 

Türkiyə NATO-nun cənub-şərq sərhədidir. Ankaranın bu hərbi blokdan çəkilməsi ilə Avropa, Afrika və Yaxın Şərqdən  gələ biləcək potensial təhdidlərə qarşı qoruna bilməyəcək. Digər tərəfdən Türkiyə hərbi potensialını durmadan böyüdür və bu onun geopolitik hədəflərinə çatmasına imkan verir. 

Türkiyədə NATO-nun aktiv İncirlik hava bazası var. Ərdoğan daha öncə bu ABŞ-ın bu bazanı bağlamaqla təhdid etmişdi. Ankara Rusiyadan S-400-lər alan Türkiyənin Vaşinqton tərəfindən sanksiyalarla hədələnməsinə İncirliklə cavab vermişdi. İncirliyin bağlanılması ABŞ-ın bölgədə Rusiya, İran və bəzi ərəb dövlətlərinin qarşısında zəif duruma salar. 

Son olaraq Türkiyə Yaxın Şərqdən gələn qaçqınların Avropaya gedən yolunu yenidən aça bilər. Bu xüsusilə də son zamanlar Türkiyə haqda sərt tənqidlərə yol verən Fransa üçün acı verici ola bilər" - Rus saytının analizində belə deyilir. 

Avropa.info


Oxunma sayı: 111343

Oxşar yazılar