Fayiz əl-Sərrac istefaya gedəcəyi tarixi açıqladı

  • 11:59 - 17 Sentyabr

Liviyanın BMT tərəfindən tanınan Milli Həmrəylik Hökumətinin (GNA) rəhbəri Fayiz əl-Sərrac bu il oktyabr ayının sonunda vəzifəsindən getməyə hazır olduğunu açıqlayıb.

Avropa.info xəbər verir k, Sərrac Liviya dövlət televiziyasında həmvətənlərinə müraciətində səlahiyyətlərini oktyabr ayından gec olmayaraq təhvil verməyi "ürəkdən arzuladığını" qeyd edib.

Dialoq Komitəsinin oktyabr ayına qədər işini başa çatdıracağına, yeni Prezident Şurasının seçiləcəyinə və yeni baş nazirin namizədliyinin açıqlanacağına ümid etdiyini bildirdi.

MHH rəhbəri 6 - 10 sentyabr tarixlərində Mərakeşin Buznika şəhərində baş tutan "Liviya dialoqu" çərçivəsində keçirilən görüşlərin nəticələrinə toxunaraq, BMT-nin himayəsi altında olan siyasi prosesi yüksək qiymətləndirdiyini deyib.

“Ümid edirik ki, bu danışıqlar daha geniş razılaşma və müqavilə üçün əsas olacaqdır. Son danışıqlar dövlət strukturlarını birləşdirməyə, parlament və prezident seçkilərinin keçirilməsinə yönəlmişdi. Birbaşa seçkilər Liviyada geniş miqyaslı həll yolu üçün ən yaxşı çıxış yoludur. Bununla birlikdə, digər təşəbbüsləri dəstəkləməyə hazıram ”- Sərrac deyib.


Oxunma sayı: 10935

Oxşar yazılar