“Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir” – Türkiyə XİN

  • 11:35 - 17 Sentyabr

Türkiyə-Azərbaycan münasibətləri strateji əlaqələrdən əlavə dostluq, qardaşlıq səviyyəsində inkişaf edib.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hər iki ölkənin prezidentlərinin güclü liderliyi ilə əlaqələr sağlam və çoxtərəfli səviyyəyə çatıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın Türkiyədə sərmayəsi 20 milyard, Türkiyənin Azərbaycana qoyduğu sərmayə 11 milyard dollar təşkil edir.

   “Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir” -    Türkiyə XİN

O, əlaqələrin inkişafında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, TANAP layihəsinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini xüsusilə qeyd edib.  Y.S.Kıran bildirib ki, Türkiyədə qaz yatağının aşkarlanması əlaqələri başqa səviyyəyə çatdıracaq. 

S.Y.Kıran Cənubi Qafqazın strateji nöqtədə yerləşdiyini bildirib. Onun sözlərinə görə, münaqişələr bölgənin potensialından istifadə etməyə imkan vermir: 

“Ermənistanın qurulduğu gündən bölgəyə qanunsuzluqdan başqa heç nə gətirmədiyi dünyaya bəllidir. Hücum siyasəti bu gün bu ölkənin siyasətinin əsasını təşkil edir. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməli və BMT TŞ və ATƏT-in qərarlarına əməl etməlidir. Tovuz istiqamətində Ermənistanın təxribatı bu ölkənin regionun inkişafında ən əsas mane olduğunu ortaya qoyur”.


Oxunma sayı: 3752

Oxşar yazılar