BƏƏ və Bəhreynin İsraillə barışmasının səbəbi məlum oldu – Layihədə Ər-Riyad da iştirak edə bilər

  • 11:26 - 17 Sentyabr

İsrail Avropa və Amerikaya istiqamətlənmiş neft-qaz layihələrini Fars körfəzi ölkələrinin müzakirəsinə çıxara bilər.

Avropa.info xəbər verir ki, bu barədə İsrailin “Globes” qəzeti yazır. Qəzetin iddiasına görə, layihədə İsraillə hələ diplomatik əlaqələr qurmayan Səudiyyə Ərəbistanı da iştirak edə bilər. 

Kəmərləri Fars körfəzində İsrailin Eylat və Aşkelon şəhərlərinə doğru çəkmək planlanır. Daha sonra kəmərlər İsraildən Avropaya doğru uzanacaq.

Qəzet İsrailin BƏƏ və Bəhreynlə diplomatik münasibətlər qurmasının şərtlərindən biri kimi də energetika sahəsində əməkdaşlığı göstərir.

Belə boruların tikilməsi halında ərəb ölkələri Süveyş kanalından neft daşınmasına qənaət edə bilər. Həmçinin İran və Yəmənin Hörmüz boğazı ilə daşınan tankerlərə müdaxiləsi və Somali piratlarının hücumu tam istisna ediləcək.

Strateji layihə İsrail büdcəsinə yüz milyonlarla dollar pul gətirəcək. Layihə nə vaxt həyata keçiriləcək, məlum deyil.


Oxunma sayı: 3609

Oxşar yazılar