Deputatdan Əfv Komissiyası ilə bağlı şok açıqlama

  • 11:20 - 17 Sentyabr

“Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasına kömək edəcəyini deyib”.

APA-nın məlumatına görə, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub: “Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyasının deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.


Oxunma sayı: 4225

Oxşar yazılar