Maskalı şəxslər evə basqın etdilər: ailənin 3 üzvünü bıçaqladılar

  • 10:42 - 17 Sentyabr

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub.

Bunlar Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.

Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1101

Oxşar yazılar