Milli Məclisdə Tofiq Yaqublunun məsələsi müzakirə olundu

  • 10:38 - 17 Sentyabr

“Tofiq Yaqublunun həbsində bolşevik təfəkkürü var”.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin iclasında çıxış edən Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, Azərbaycanda bu yanaşmanı ortaya qoyanlar bunu başa düşməlidirlər:

“Ola bilər ki Tofiq Yaqublunun böyük günahları var, yaxud da, daha böyük günahları ola bilərdi. Bu gün Azərbaycan beynəlxalq müstəvidə tənqid olunur. Ölkəmizə qarşı antitəbliğat maşını işə düşüb. Ölkədə siyasi qüvvələr arasında dartışmanı artırırsa dövlətimizə təhdid yaradırsa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, ciddi araşdrıma aparıb cəmiyyəti razı sala biləcək qərar qəbul edəcək”.


Oxunma sayı: 936

Oxşar yazılar