"Qalatasaray" azərbaycanlı fanatlarına təşəkkür etdi

  • 17:47 - 16 Sentyabr

EFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyə "Qalatasaray" klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.

"Report" xəbər verir ki, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşım edən İstanbul təmsilçisi fanatlara təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: "Bu möhtəşəm qarşılama üçün təşəkkürlər, böyük "Qalatasaray" tərəfdarı! Həyatın mənası, "Qalatasaray".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.


Oxunma sayı: 1508

Oxşar yazılar