Ermənistan ordusunun daha bir hərbçisi öldü

  • 17:34 - 16 Sentyabr

Ermənistan Qeqarkunik vilayətində “Mercedes” avtomobilin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

Bu barədə məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi kiçik çavuş Ovik Tamazyan da ölüb.


Oxunma sayı: 1563

Oxşar yazılar