Türkiyə təhlükəsizlik qüvvələri terror təşkilatı PKK-nın kritik ismini yaxalandı - "Fərman" kod adlı terrorçu kimdir?

  • 17:04 - 16 Sentyabr

Ölkə daxili və xaricində əməliyyat aparan PKK/KCK terror təşkilatının üzvü “Fərman” kod adlı Ercn Yacan Türkiyənin Van vilayətində gizləndiyi yerdə ələ keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb. Terrorçu Van vilayəti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin və Şırnak vilayəti Jandarm Komandanlığının əməliyyatı nəticəsində saxlanılıb.

“Fərman” kod adlı terrorçunun PKK/KCK-nın gənclik təşkilatında fəaliyyət göstərdiyi, 2014-cü ildə xüsusi təlim gördüyü bildirilir. Terrorçu 2015-2016-cı illərdə terror təşkilatının dağ kadrı kimi, daha sonra Suriya və İraqın şimalında, 2019-cu ildə İraqın şimalında yerləşən Qəndilin Goşinə rayonunda komandir kimi fəaliyyət göstərib. 

Terrorçunun son dəfə Vanda PKK/KCK-ya üzv yığmaq üçün faəliyyət apardığı qeyd olunur.


Oxunma sayı: 5710

Oxşar yazılar