Dövlət fermerlərə 30 mln manat subsidiya ödədi

  • 13:54 - 16 Sentyabr

Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 mln manat subsidiya ödəyib.

Avropa.info xəbər verir  ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyindən “Report"a verilən məlumata görə, bu məbləğin 17 mln manatı pambıq, 1 mln manatı isə tütün və çəltik istehsalçılarına çatıb.

Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50 146 nəfəri) subsidiya alıb. Bu fermerlərin 19 515 nəfəri pambıq istehsalçısıdır.

Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 mln 525 min 500 manat məbləğində subsidiya ödənilib.

19 min nəfərə yaxın arıçıya dövlət 4 mln manatdan artıq subsidiya ödəyib və 700 000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.

Ölkəmizin 30 rayonundan olan 3 382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1,4 mln manat məbləğində dövlət subsidiyası alıb.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bugünədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 mln manat subsidiya ödəyib.


Oxunma sayı: 6953

Oxşar yazılar