Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı açıqlandı

  • 13:31 - 16 Sentyabr

Gürcüstanda son sutkada daha 196 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 31 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 2 758-ə, sağalanların sayı isə 1 412-yə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Hazırda 6 633 nəfər karantində, 836 nəfər isə tibbi nəzarətdə saxlanılır. 


Oxunma sayı: 1717

Oxşar yazılar