"Qalatasaray" Bakıya yollandı

  • 12:22 - 16 Sentyabr

Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb. 

İstanbul təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq. 

Report


Oxunma sayı: 5908

Oxşar yazılar