"Qarabağ"ın rəqibində zədəlilərin durumuna aydınlıq gəlib

  • 12:01 - 16 Sentyabr

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Norveç "Molde"sində zədəli futbolçuların durumuna aydınlıq gəlib. 

"Report" "Aftenposten" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erlinq Moe açıqlama verib. 

50 yaşlı mütəxəssis 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersenin yenidən oynamağa hazır olduğunu bildirib. Norveçli baş məşqçi Mathis Bollinin də görüşdə iştirak edəcəyini söyləyib. 

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.


Oxunma sayı: 5523

Oxşar yazılar