Prezident Fərhad Əhmədovu “Dostluq” ordeni ilə təltif etdi

  • 11:52 - 16 Sentyabr

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilib.

Avropa.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub.


Oxunma sayı: 1750

Oxşar yazılar