Bill Geytsin atası öldü

  • 11:40 - 16 Sentyabr

“Microsoft”un qurucusu Bill Geytsin atası UilyamQeyts 94 yaşında vəfat etdi. 

Avropa.info xəbər verir ki, Bill Geyt bu haqda öz bloqunda yazıb.

"Dünən atam evdə ailəsinin əhatəsində dinc bir şəkildə dünyasını dəyişdi. Onun üçün indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər hissi keçiririk, eyni zamanda minnətdarlığımızı bildirirəm. Atamın ölümü gözlənilməz deyildi, 94 yaşındaydı və səhhəti pisləşirdi. Həyatımızda illərdir bu qədər gözəl bir insana sahib olmağımızın nə qədər şanslı olduğunu düşünməyə vaxt tapdıq" - Bill Geyts yazdı.

Kiçik Geyts atasının həyatının demək olar ki, bütün sahələrində göstərdiyi "səssiz təsiri yüksək qiymətləndirdiyini" qeyd edərək, “Microsoft”un ilk illərində onun hüquqi yardım göstərdiyini vurğulayıb.

Atam olmasaydı, "Bill & Melinda Fondu” bugünkü hala gəlməzdi. Hamıdan çox fondun dəyərlərini formalaşdırdı. Atam əsl "Bill Gates” idi. O olmağa çalışdığım hər şeydi, hər gün darıxacağam" - Bill Geyts yazır.


Oxunma sayı: 1387

Oxşar yazılar