Fələstinlilər İsrail, BƏƏ, Bəhreyn sazişinə raketlərlə cavab verdilər - Liberman Netenyahunu ittiham etdi

  • 01:02 - 16 Sentyabr

BƏƏ, Bəhreyn və İsrail arasında ABŞ-da imzalanan müqavilə Fələstinin sərt etirazlarına səbəb olub. 

Avropa.info xəbər verir ki, müqavilə imzalandıqdan sonra fələstinli qruplar Fələstin ərazisində məskunlaşdırılan İsrail yaşayış məntəqələrini  raket atəşinə tutublar. Raket atəşi nəticəsində 6 İsrail əsgəri yaralanıb. 

İsrailin müxalif lideri Aviqdor Liberman isə baş nazir Benyamin Netanyahunu sərt tənqid edib. Liberman, Netenyahunun Vaşinqtonda təbrikləri qəbul etdiyini, lakin fələstinlilərin də İsraili raketlərlə "təbrik etdiyini" deyib.  

Qeyd edək ki, Ağ Evdə İsrail, BƏƏ və Bəhreyn arasında normallaşma müqaviləsi imzalanıb. Fələstin bu müqaviləni xəyanət adlandırıb.


Oxunma sayı: 3400

Oxşar yazılar