BƏƏ və Bəhreyn İsraillə Fələstinin xəyanət adlandırdığı müqaviləni imzaladılar - "Seçkidən sonra İranla da müqavilə imzalayacayıq"

  • 23:06 - 15 Sentyabr

Ağ Evdə ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında hazırlanan və İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında normallaşma prosesini başlatmağı nəzərdə tutan müqaviləyə imzalar atılıb. 
 
Avropa.info xəbər verir ki, Ağ Evdə keçirilən imzalanma mərasimində ABŞ prezidenti Donald Tramp, BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayid, Bəhreyn Xarici İşlər naziri Abdullətif bin Rəşid əz-Zəyani və İsrail Baş naziri Binyamin Netenyahu iştirak edib. 
 
Müqavilə imzalandıqdan sonra açıqlama verən ABŞ prezidenti Tramp, ölkəsində keçirilən prezident seçkilərindən sonra İranın da İsraillə belə bir müqaviləyə imza atacağını bildirib. Tramp, 5-6 ölkə ilə danışıqların davam etdiyini çox yaxında onların da müqavilə imzalayacağını açıqlayıb.

Qeyd edək ki, Fələstin BƏƏ və Bəhreynin İsraillə imzaladığı bu müqaviləni xəyanət adlandırıb.


Oxunma sayı: 3631

Oxşar yazılar