Türkiyədə bir gündə 67 nəfər koronavirusdan ölüb

  • 21:47 - 15 Sentyabr


Türkiyədə son sutka ərzində koronavirusdan 67 nəfər ölüb.

Bu barədə Türkiyənin "covid19.saglik.gov.tr" saytında yazılıb.

Qeyd  olunub ki, son 24 saatda 110 412 şübhəli koronavirus testindən keçib, onlardan 1742-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1327 nəfər olub, 1202 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 294 620 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 261 260 nəfər sağalıb, 7186  nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində ağır xəstə sayının artmasına diqqət çəkərək xəbərdarlıq edib.


Oxunma sayı: 1783

Oxşar yazılar