Gəncədə və Sumqayıtda oğurluq edən şəxslər tutulublar

  • 20:02 - 15 Sentyabr

Gəncə və Sumqayıt şəhərlərində oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, sentyabrın 10-da Kəpəz rayonu ərazisindəki mağazalardan birinin saxlanc yerindən 2 nəfərə məxsus içərisində pul, mobil telefon və sənədlər olan çantaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Həsənov və Daşkəsən rayon sakini P.Hüseynova Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Sentyabrın 12-də isə Sumqayıt şəhər ərazisində bir avtomobildən 150 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini N.Aslanov Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1838

Oxşar yazılar