İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər

  • 19:45 - 15 Sentyabr

Yaxın günlərdə Azərbaycan və İran prezidentləri - İlham Əliyev və Həsən Ruhaninin, eləcə də hər iki ölkədən olan nazirlərin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək.

Virtualaz.org bildirir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi keçirdiyi mətbuat kopnfransında deyib.

“İran və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Bizim 30-a yaxın layihəmiz var ki, biz onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bu layihələr  energetika, kənd təsərrüfatı, tibb və s. sahələrə aiddir. Düşünürəm ki, bu layihələrin icrası ilə ölkələrimizin iqtisayyatları bir-birlərinə daha sıx bağlanacaq”, - deyə Seyid Abbas Musəvi bildirib.

Səfir qeyd edib ki, ötən gün iki ölkə arasında proporsional ticarətə dair danışıqlar aparılıb: “Ölkələr arasında nəqliyyat sahəsində, energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Bu müzakirələr ona görə aparılır ki, yaxın günlər ərzində iki ölkənin prezidentləri və nazirlərinin iştirakı ilə videokonfrans formatında görüş keçiriləcək. Bu ilin martında İlham Əliyevin İrana səfəri gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə bağlı bu səfər baş tutmadı. Yaxın günlərdə baş tutacaq videokonfrans həmin səfəri əvəzləyəcək. Ümid edirəm ki, bu videokonfransdan sonra İran və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”.


Oxunma sayı: 1772

Oxşar yazılar