Fəxrəddin Altun Bakının işğaldan azad olunmasının 102-ci ildönümünü təbrik etdi

  • 17:55 - 15 Sentyabr

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşımda deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm”.


Oxunma sayı: 1904

Oxşar yazılar