Gündəmi dəyişəcək sensasion iddia : Türkiyə Aralıq dənizində 2,2 trilyon kubmetr qaz kəşf etdi

  • 17:17 - 15 Sentyabr

“Türkiyə” qəzetinin yazarı Süleyman Özışık qonağı olduğu bir televiziya proqramında Türkiyənin Aralıq dənizində 2,2 trilyon kubmetr qaz tapdığını iddia edib.

Avropa.info xəbər verir ki, yüksəkvəzifəli rəsmilərin “Oktyabr ayında çox şeylər dəyişəcək” dediyini qeyd edən Özışık etibar etdiyi mənbələrə istinadə edərəək prezident Ərdoğanın bir ay, ya da 2-3 həftə ərzində çox daha böyük müjdələrlə ictimaiyyət qarşısına çıxacağını deyib.

“2,2 trilyon kubmetr təbii qazın müjdəsi hər an verilə bilər. Türkiyənin hətta İranın təbii qazına bərabər qaz ehtiyatı var” – Özışık deyib.

Süleyman Özışık çox böyük müharibələrə səbəb olmamaq üçün ölkələrin belə kəşfləri ictimaiyyətə açıqlamadığını deyib:

“Bu xəbəri aldığım mənbələr etibarlı adamlardır. Dövlətin öz daxilində də refleksləri var, nə vaxt, hansı miqdarda açıqlayarlar bilmirəm”.


Oxunma sayı: 9571

Oxşar yazılar