"Bloomberg" agentliyi: Liviya hökumətinin başçısı Sərrac istefa verəcək

  • 16:48 - 15 Sentyabr

“Bloomberg” agentliyinin məlumatına görə, Liviya hökumətinin başçısı Fayiz əs-Sərrac istefa verməyə hazırlaşır.

Avropa.info xəbər verir ki, Sərracın yaxın adamalarına istinadən məlumat yayan agentlik baş nazirin istefasını açıqlama hazırlaşdığını və gələcək ay Cenevrədə keçiriləcək danışıqlar ərzində vəzifəsini icra edəcəyini bildirir.

Sərrac və müavinlərinin liviyalı və beynəlxalq həmkarları ilə görüşdüyünün qeyd olunduğu xəbərdə Sərracın bu həftənin sonuna qədər istefasını açıqlayacağı bildirilir.

Danışıqlarda Liviyadakı tərəflərin birləşməsini təmin edəcək yeni sədrlik şurası və seçki keçirilməsi məsələsində razılığa gəlmələri tələb olunacaq.


Oxunma sayı: 4973

Oxşar yazılar