"Keçmiş böyük imperiyalar geri qayıdır, bunlardan biri Türkiyədir" - Avropa Parlamentində Türkiyə müzakirələri

  • 15:41 - 15 Sentyabr

"Keçmiş böyük imperiyalar yenidən geri dönür. Bunlardan üçü Türkiyə, Rusiya və Çindir. Bunlar qlobal və regional münasibətlərdə keçmişin böyük imperiyalarıdır."

Avropa.info xəbər verir ki, bu sözləri Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib. 
 

Şərq Aralıq Dənizdə Türkiyə və Yunanıstan arasında yaşanan gərginliyin azaldılması üçün daha çox səy göstərilməsi lazım olduğunu bildirən Borrell, problemlərin hərbi yollarla deyil, dialoq və müzakirə ilə həll edilməsinin vacib olduğunu qeyd edib.

Borrell, gərginliyin azaldılmasına mane olacaq addımların Kipr probleminin həllinə yönəlik səylərə də zərbə endirəcəyini, Birləşmiş Millətlər Təşkilatının danışıqları yenidən başlatmaq istədiyini və Aİ-nin də bunu dəstəklədiyini ifadə edib.

Borell, Türkiyənin Avropa Birliyinin böyük qonşusu olduğunu xatırladıb.

"Türkiyənin ziddinə getməklə problemlərin həll olmayacağı açıqdır. Coğrafiyanı dəyişdirə bilməyəcəyimizə görə qonşu olmağa davam edəcəyik. Miqrasiya problemlərinin Türkiyənin yardımları olmadan həll edilməsi çətindir".   


Oxunma sayı: 8119

Oxşar yazılar