İmişlidə ilk dərs günü keçirilib - Foto

  • 14:43 - 15 Sentyabr

İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib.

Avropa.info xəbər verir ki, yeni tədris ilində İmişli rayonunun ümumtəhsil məktəblərində 17674 nəfər şagird təhsil alacaq ki, onlardan 1680 nəfər I siniflərdə, məktəbəhazırlıq qruplarında isə 1390 nəfər uşaq, IX siniflərdə 1362 nəfər şagird və XI siniflərdə isə 1029 nəfər şagird təhsil alacaq.

Təhsil nazirinin əmrinə əsasən ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.


Oxunma sayı: 2498

Oxşar yazılar