Navalnı müalicə aldığı xəstəxanadan ilk fotsunu yaydı

  • 14:13 - 15 Sentyabr

Navalnı müalicə aldığı xəstəxanadan ilk fotsunu paylaşıb.

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı zəhərlənmədən sonra ilk dəfə fotosunu və tərəfdarlarına müraciətini “İnstagram” səhifəsində yayımlayıb.

Avropa.info xəbər verir ki, fotoda “Salam, bu Navalnıdır. Sənin üçün darıxıram. Hələ bir şey edə bilmirəm, amma dünən bütün gün təkbaşına nəfəs ala bildim. Bu özüməm ” ​​deyilir.

Fotoşəkildə Navalnı xəstəxana yatağında oturarkən çəkilib və yanında həyat yoldaşı Yuliya, qızı Dariya və oğlu Zaxar var.

Berlin klinikası "Charite" xəstənin özünü daha yaxşı hiss etdiyini – süni nəfəs aparatından tamamilə ayrıldığını və artıq bir müddət xəstəxana yatağından çıxa biləcəyini sentyabrın 14-də açıqlamışdı.


Oxunma sayı: 2883

Oxşar yazılar