"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir

  • 12:47 - 15 Sentyabr

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.

Bu barədə "Report"a flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.  

Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb.

Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.


Oxunma sayı: 1871

Oxşar yazılar