Bakıda Türkiyəyə dəstək aksiyası - "Türkiyə, Azərbaycanda qal" (FOTO)

  • 12:16 - 15 Sentyabr

Bu gün Bakı Türk şəhidliyində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının  erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

Aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə keçirilib.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib.

APA


Oxunma sayı: 6821

Oxşar yazılar