Nuru Paşa at üstündə Qarsdan gəlir, "Azərbaycan" deyə-deyə yaralanmış aslan gəlir ...

  • 00:59 - 15 Sentyabr

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-rus işğalından azad edilməsindən 102 il ötür. 

Avropa.info xəbər verir ki, 1918-ci ildə Osmanlı dövləti tərəfindən qurulan Qafqaz İslam Ordusunun 14 mini Osmanlı əsgərindən, 6 mini isə Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından təşkil olunmuşdu. Komutanı Nuru Paşa Killigil (1890-1949) olan Qafqaz İslam Ordusu Bakıda ermənilər və bolşeviklər tərəfindən müsəlman-türk əhaliyə qarşı həyata keçirilən soyqırımın qarşısını almaq üçün, Azərbaycan türklərinə köməyə gəldi. 

 

Картинки по запросу nuru paşa

 

Nəticə etibarilə Bakı erməni-rus işğalından azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu, şəhərdə soyqırımın qarşısı alındı və ən əsası isə 70 ildən sonra belə müstəqil Azərbaycan Respublikasının qurulması üçün baza rolunu oynadı. 

İki il öncə Bakının azad olunmasının 100 illiyi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm hərbi paradla qeyd olundu. Xalqın böyük sevgi ilə qarşıladığı bu hərbi parad əlbəttə bütün dünyaya bir siyasi mesaj idi. Ölkə başçısı İlham Əliyev çıxışı zamanı Qafqaz İslam Ordusu və onun komutanı Nuru Paşa haqqında sölədiyi fikirlər, həm də Azərbaycan-Türkiyə qardaşlığının gələcəyi baxımından mühüm hadisə idi. 

"Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır."

Təbii ki, Bakının Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi faktını öz yarımçıq beyinləri ilə qaralamağa, bu mühüm hadisəni "işğal" kimi təqdim etməyə cəhd edənlər də var. Xüsusilə də Avropada mənbəyi və mənşəyi məlum olmayan qrantlar hesabına saytlar açan mübtəzəllər Qafqaz İslam Ordusu və Nuru Paşanı faktlara əsaslanmayan, SSRİ dövründəki tarix kitablarından götürülmüş böhtanlarla qaralamağa çalışırlar. Görünür bu zavallılar Bakının erməni-rus işğalında olmasını, türklər tərəfindən azad edilməsindən üstün tuturlar. Lakin, kimdir onlara bonus verən? Hər milçək vızıltısını xatırladan sərsəmləmələrində də xalqdan böyük təpki görürlər. 

Bu arada, ölkəmizdə Nuru Paşa və silahdaşlarının adlarının əbədiləşdirilməsinin artıq vaxtı çatdığını düşünürük. Hətta və hətta bu məsələdə gecikdiyimizi hesab edirik. Eyni zamanda tarix dərsliklərində də bu mövzuya daha geniş yer verilməlidir. Məsələn, Bakının işğaldan azad edilməsi uğrunda Qafqaz İslam Ordusunun tərkibində döyüşən Dağıstan müsəlmanları haqda bir bilgi varmı? Bu haqda ümumiyyətlə arxiv məlumatları əsasında bir kitab filan yazılıbmı? Bu bizim şanlı qəhrəmanlıq tariximizdir, bütöv müsəlman-türk tarixinin bir hissəsidir. Nəriman Həsənzadənin "Nuru Paşa" poemasında yazıldığı kimi: 

Nuri Paşa at üstünde

Türkiye’den, Kars’tan gelir.

“Azerbaycan” diye diye

Yaralanmış arslan gelir.

Ermeni hıyaneti

Rus’tan gelir, Fars’tan gelir.   

/AVROPA.info/


Oxunma sayı: 20494

Oxşar yazılar