54 yaşlı futbolçu meydana daxil olub rekord vurdu - VİDEO

  • 23:45 - 14 Sentyabr

Dünyanın ən yaşlı futbolçusu Monqolustan çempionatında çıxış edir. 

Bu barədə championat.com saytı məlumat yayıb. Belə ki, Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununun 86-cı dəqiqəsində birincilərin 54 yaşlı futbolçu Xandsuren Oyunbileq meydana çıxıb.

 

 

Məlumata görə, həmin futbolçu 1996-cı ildə peşəkar karyerasını başa vurub. Lakin 24 ildən sonra yenidən futbola qayıtmağa qərar verib.

Qeyd edək ki, bu günə qədər dünyanın ən təcrübəli futbolçusu Yaponiyanın "Yokohama" klubunun 53 yaşlı oyunçusu Kadzuyosi Miura sayılırdı. (oxu.az)


Oxunma sayı: 6403

Oxşar yazılar