Neymara 7 oyunluq cəza verilə bilər

  • 17:31 - 14 Sentyabr

Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər. 

Səbəb 28 yaşlı hücumçunun Liqa1-in II turunda evdə "Marsel"lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurmasıdır. 

Braziliyalı forvard 4 - 7 oyunluq cəza ilə üzləşəcək. 

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.

Report


Oxunma sayı: 5864

Oxşar yazılar