Azərbaycanın tədiyyə balansında 1 milyard dollara yaxın kəsr var

  • 16:35 - 14 Sentyabr

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 957,5 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 3 634,7 milyon dollarlıq qalıq yaranmışdı.

Avropa.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 598,2 milyon dollarlıq qalıq (illik müqayisədə 80,5% az), kapital hesabındakı 7,7 milyon dollarlıq kəsir (3,1 dəfə çox), maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), balanslaşdırıcı maddələr üzrə 599,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb. 


Oxunma sayı: 4984

Oxşar yazılar