Ukrayna prezidenti Zeliniskiyə qarşı dövlət çevrilişi cəhdi iddiası - "Eks prezident Poroşenkonun adamları..."

  • 00:37 - 14 Sentyabr

Rusiya ilə problemlər yaşayan Ukrayna prezidenti Vladimir Zeliniskiyə qarşı dövlət çevirilişi hazırlandığı iddia edilib. 

Avropa.info xəbər verir ki, belə bir açıqlama ilə Ukrayna Radasının deputatı Renat Kuzmin çıxış edib. Kuzmin, prezident Zeliniskiyə qarşı güc tətbiq edərək hakimiyyətdən uzaqlaşdırmaq üçün gizli bir prosesin başladıldığını bildirib. 

"Dövlət qurumlarında, güc strukturlarında, ordu və polisdə hazırkı prezidentdən məmnun olmayan və çevrilişə qatılmağa hazır olanlar var. Dövlət çevrilişi hazırlıqları keçmiş prezident Pyotr Poroşenkonun adamları tərəfindən həyata keçirilir" - Kuzmin açıqlamasında belə deyib.


Oxunma sayı: 6403

Oxşar yazılar