Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək

  • 19:12 - 13 Sentyabr

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

Bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərim məni səhnə arxasında gözləyəcəklər - mehmanxanada", - Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir.(report)


Oxunma sayı: 17953

Oxşar yazılar